Aygün Kazımovanın "Instagram" səhifəsi yenə oğurlandı-FOTOLAR
Xalq artisti Aygün Kazımovanın 1,5 milyon izləyicisi olan "Instagram" səhifəsinin yenidən oğurlandığı iddia edilir. Səhifədə yayımlanan şübhəli paylaşımlar izləyicilərin narahatlığına səbəb olub.
Bu barədə rəy bölmələrində istifadəçilər səhifənin ələ keçirildiyini bildiriblər. Xatırladaq ki, bu ilin əvvəlində də Aygün Kazımovanın "Instagram" hesabı oğurlanmış və hesabı ələ keçirənlər müğənnidən 10 min avro tələb etmişdilər.