En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
"Şrek" cizgi film seriyasındakı uzunqulaq personajının prototipi olan "Perri" vəfat edib. Kaliforniyanın Palo Alto şəhərindəki "Barron Park" tərəfindən yayımlanan məlumata görə, Perri, "Şrek" filminin uzunqulaq personajının hərəkət modelinə olan töhfələri ilə məşhur olub və bu icma tərəfindən çox sevilirdi.
Perri, laminit xəstəliyindən əziyyət çəkirdi. Bu xəstəlik, dırnaq buynuzu ilə dırnaq sümüyü arasında yerləşən həssas toxumanın iltihabına səbəb olur. Eşşəyə müxtəlif müalicə üsulları tətbiq edilsə də, o, ağrıları dayandıra bilməyib. Akupunktura, lazer terapiyası və masaj kimi üsullar sınanıb, amma vəziyyəti yaxşılaşmadığı üçün Perriyə evtanaziya tətbiq olunub.
"Şrek" filmindəki uzunqulaq personajı, 2001-ci ildə ilk dəfə ekranlara çıxan zaman böyük uğur qazandı. 487 milyon dollar gəlir əldə edən bu film, "DreamWorks Animation" studiyasını böhrandan çıxararaq onu yeni zirvələrə daşıdı. 2010-cu ildə "Şrek" Hollivudun Şöhrət Xiyabanında ulduz aldı, 2020-ci ildə isə ABŞ-nın əhəmiyyətli filmlər reyestrinə daxil edildi. 2024-cü ildə, "DreamWorks Animation" studiyası, "Şrek" franşizasının davam edəcəyini açıqladı.
admin Eki 31, 2024 0 122
admin Eki 31, 2024 0 32
admin Kas 1, 2024 0 24
admin Eki 31, 2024 0 19
admin Kas 3, 2024 0 16
AsimanFərzəliyeva Oca 22, 2025 0 1
AsimanFərzəliyeva Oca 22, 2025 0 1
AsimanFərzəliyeva Oca 22, 2025 0 1
AsimanFərzəliyeva Oca 22, 2025 0 1
Toplam Oy: 21
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox