"TikTok"da Məşhurlaşan Xanımlar Həbs Olundu
Sosial şəbəkələrdə əxlaqsızlıq təbliğinə qarşı keçirilən əməliyyat zamanı tanınmış tiktokerlər Zəhra Abbasova və Tamilla Mehdiyeva narkotik vasitələrlə əlaqədar saxlanılıb və barələrində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən sosial şəbəkələrdə əxlaqsızlığa qarşı genişmiqyaslı əməliyyat keçirilib. Bu çərçivədə tanınmış tiktokerlər Zəhra Abbasova və Tamilla Mehdiyeva saxlanılıb.
Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə hər iki xanım Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi üzrə təqsirli bilinərək, 4 ay müddətinə həbs edilib.
Hüquq-mühafizə orqanları bu əməliyyatın narkotik vasitələr və psixotrop maddələrlə əlaqəli olduğunu vurğulayıb. Qeyd edilir ki, istintaq prosesləri hazırda davam edir.