“Sümüklərini vermirəm deyə hürməyə başlayıblar”-DEDİ

Məşhur türkiyəli müğənni İbrahim Tatlısəs, sosial mediada yayımladığı paylaşımda, itlərinin hürməyə başladığını bildirib. Bəzi mənbələr, bu sözləri Tatlısəsin dostu ilə yaşadığı mübahisəyə işarə olaraq şərh edib, digər ehtimallara görə isə o, qızı Dilan Çıtakı nəzərdə tutub.

“Sümüklərini vermirəm deyə hürməyə başlayıblar”-DEDİ
İbrahim Tatlıses
reklam

İbrahim Tatlısəs, sosial media hesabında maraqlı bir paylaşım edərək, "Yemlədiyim itlərin sümüklərini kəsdiyim üçün hürməyə başlayıblar" sözlərini yazıb. Bu ifadə, onun 40 illik dostu Cantimur ilə yaşadığı mübahisəyə işarə etdiyi iddialarını doğurub. Lakin bəzi mənbələr, Tatlısəsin, küsülü olduğu qızı Dilan Çıtakı nəzərdə tutduğunu irəli sürüb. Müğənninin bu paylaşımı, həm sosial mediada, həm də mətbuatda müxtəlif şərhlərə səbəb olub.