"Survivor" iştirakçısı Türkiyəyə qayıdan kimi həbs olunacaq

"Survivor All-Star" iştirakçısı Hikmet Tuğsuzun daha iki cinayətə qarışdığı məlum olub və ona qarşı ittiham irəli sürülüb. Hikmetin Türkiyəyə qayıtdıqdan sonra həbs olunacağı bildirilir.

"Survivor" iştirakçısı Türkiyəyə qayıdan kimi həbs olunacaq
Hikmet Tuğsuz
reklam

"Survivor All-Star" iştirakçısı Hikmet Tuğsuzun daha iki cinayətdə iştirakı aşkar edilib. Belə ki, ona qarşı yeni ittihamlar irəli sürülüb və Türkiyəyə qayıtdıqdan sonra həbs olunacağı açıqlanıb.

Hikmet Tuğsuz əvvəllər 2016-cı ildə iki ayrı xəsarət yetirmə cinayətinə görə ümumilikdə 12 il 16 ay həbs cəzası almış və cəzasının təsdiqlənməsindən sonra 2023-cü ildə həbsxanaya göndərilmişdi. Lakin şərti azadlığa buraxıldıqdan sonra yenidən cinayətlərə qarışdığı məlum olub.

Araşdırmalar nəticəsində onun ötən ilin aprel ayında Antalyada 45 milyon lirə dəyərində villanı dələduzluqla əldə etdiyi və bu cinayətdə birbaşa iştirak etdiyi müəyyən edilib. Eyni zamanda, 20 iyul 2023-cü ildə Bayram D. adlı şəxsi dəyənəklə döydüyü və buna görə ona qarşı "silahla qəsdən xəsarət yetirmə" maddəsi ilə iddianamə hazırlandığı bildirilib.

Şərti azadlıqda olduğu müddətdə iki yeni cinayətə qarışdığı üçün Antalya Prokurorluğu 10 fevralda Hikmet Tuğsuz barəsində həbs qərarı çıxarıb. Hal-hazırda "Survivor" yarışması üçün Dominik Respublikasında olan Hikmetin Türkiyəyə qayıtdıqdan sonra dərhal həbs olunacağı gözlənilir.