Hande Erçeldən Bir İlk

Tanınmış aktrisa Hande Erçel ilk dəfə öz yazdığı hekayə əsasında çəkiləcək "İki Dünya Bir Dilek" filmində baş rolda oynayacaq.

Hande Erçeldən Bir İlk
Hande Erçel
reklam

Son olaraq Barış Arduç ilə "Rüzgara Bırak" filmində baş rolu paylaşan Hande Erçelin yeni layihəsi məlum olub. Aktrisa ilk dəfə öz yazdığı hekayəyə əsaslanan filmdə rol alacaq.

Hande Erçelin ekran partnyoru tanınmış aktyor Metin Akdülger olacaq. Cütlük "İki Dünya Bir Dilek" adlı kinoda bir araya gələcək. Filmin ssenarisi isə Elçin Muslu tərəfindən yazılıb.

Çəkilişlər 10 apreldə başlayacaq. Hande Erçel filmdə "Bilge" adlı bir vəkili canlandıracaq.

Filmdə həmçinin Hüseyn Avni Danyal, İdil Fırat, Mert Ege Ak, Rami Narin, Eylül Su Sapan, Nazlıcan Demir və Serkan Tınmaz kimi tanınmış simalar da yer alacaq.