Şəbnəm Tovuzlu toylarda yaşadığı qəribə hadisələrdən danışdı
Müğənni Şəbnəm Tovuzlu, iştirak etdiyi bir televiziya proqramında toylarda başına gələn maraqlı və əsəbləşdirici hadisələrdən bəhs edib.
Veriliş zamanı sənətçi bildirib ki, toylarda qonaqların davranışları bəzən onu çətin vəziyyətdə qoyur:
"Toy başlamazdan əvvəl elan edirəm ki, bəylər yalnız xanımları ilə birlikdə yaxınlaşaraq mənimlə şəkil çəkdirə bilər. Əks halda, aqressiv davranışlar sərgiləyənlərə öz yerini göstərirəm."
Şəbnəm Tovuzlu həmçinin fonoqramla çıxış edərkən qonaqlar arasında sərhədləri unudan şəxslərə qarşı sərt mövqedə olduğunu da vurğulayıb.