"Sən mənim ruhumun ən dərin bəstəsisən" – FOTOLAR

Əməkdar artist Aybəniz Haşımova 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qızı, bloger Aynişan Quliyeva ilə birlikdə kamera qarşısına keçib. O, sosial şəbəkədə fotolar paylaşaraq övladı və bütün qadınlara həsr olunmuş duyğusal sözlər yazıb.

"Sən mənim ruhumun ən dərin bəstəsisən" – FOTOLAR
Aynişan Quliyeva
reklam

Əməkdar artist Aybəniz Haşımova 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qızı, bloger Aynişan Quliyeva ilə birgə fotolar çəkdirib. Sənətçi həmin görüntüləri sosial media hesabında paylaşaraq duyğusal sözlər yazıb.

"Bu gün dünyanın hər yerində bir çiçək açır – ana, bacı, qız, dost və sirdaş olan qadınların nuru ilə... Aynişanım, sən mənim ruhumun ən dərin, bitməyən bəstəsi, oxunan nəğməsisən. Sevimli xanımlar, siz isə həyatımın ən incə və gözəl çalarısınız. Hər birinizin sevgi dolu qəlbinə, əvəzsiz varlığınıza görə minnətdaram. Qoy həyat sizə yalnız sevinc, xoşbəxtlik və dəyərinizə layiq anlar bəxş etsin. 8 Mart Qadınlar Bayramınız mübarək!" – deyə o qeyd edib.