Səs Azərbaycan iştirakçısı Nofəl Aslanova ağır itki

"Səs Azərbaycan" yarışmasının iştirakçısı Nofəl Aslanov növbəti dəfə ağır itki ilə üzləşib. Keçən ilin sonunda babasını itirən ifaçı bu dəfə atasını itirdiyini açıqlayıb. O, atasının səhhətində yaranan problemlərə baxmayaraq, onu xilas edə bilmədiyini bildirib.

Səs Azərbaycan iştirakçısı Nofəl Aslanova ağır itki
Nofəl Aslanov
reklam

"Səs Azərbaycan" yarışmasının iştirakçısı Nofəl Aslanov həyatında daha bir ağır itki yaşayıb. Keçən ilin sonunda babasını itirən ifaçı bu dəfə atasının vəfat etdiyini bildirib.

O, sosial şəbəkədə atasına aid paylaşım edərək, duyğularını belə ifadə edib:

"Ən çətini odur ki, dünən mənə dedin: 'Nofəl, məni sağalt...' Amma mən səni sağalda bilmədim. Çox çalışdım, lakin nə mənim, nə də həkimlərin gücü buna çata bilmədi. Çox əziyyət çəkdin, Allah günahlarını bağışlasın. Keçən ilin sonunda babamı itirdim, 2025-ci ildə isə atamı... Ruhlarınız şad olsun. Baba, oğlun yanına gəlir... Sizinlə görüşəcəyim günü səbirsizliklə gözləyəcəyəm."

Atasının 59 yaşında dünyasını dəyişdiyini qeyd edən Nofəl, onun son çəkilən fotosunu da izləyiciləri ilə bölüşüb.

Allah rəhmət eləsin!

reklam
reklam