Tanınmış aktyor Viktor Semenovski vəfat etdi

"Ölümcül qüvvə" serialının aktyoru Viktor Semenovski 81 yaşında dünyasını dəyişdi. Onun ölüm səbəbi ürək dayanması olaraq açıqlanıb.

Tanınmış aktyor Viktor Semenovski vəfat etdi
Viktor Semenovski
reklam

"Ölümcül qüvvə" serialının aktyoru Viktor Semenovski vəfat edib.

Viktor Semenovski 81 yaşında dünyasını dəyişib. "Shot" teleqram kanalı, sənətçinin ürəyinin dayandığını açıqlayıb.

Tanınmış aktyor, "Fənərləri sınmış küçələr", "İstintaqın sirləri", "Xoşbəxtliyin valehedici ulduzu", "Sannikov diyarı", "On iki ay" və "Burada şəfəqlər sakitdir" kimi ekran işlərindəki rolları ilə tanınıb. Karyerası ərzində 50-dən çox rol canlandırıb.