Məşhur aktyor Tom Kruz və kubalı aktrisa Ana de Armas Sevgililər Günündə Londonda birlikdə vaxt keçirib. 62 yaşlı "Mission: Impossible" ulduzu və 36 yaşlı Ana de Armas Soho bölgəsində nahar edərkən görüntülənib.
Onların birgə gəzintisi böyük marağa səbəb olub. Cütlüyün ətrafında toplanan pərəstişkarları ilə şəkil çəkdirmək üçün dayanması diqqət çəkib.
Ana de Armas nahar üçün sadə, lakin zərif tərzi ilə göz oxşayıb. O, mavi cins şalvar, qara pencək və qızılı balet ayaqqabıları geyinib. Tom Kruz isə pərəstişkarları ilə mehriban ünsiyyət qurub.
Restoranı tərk edərkən cütlüyün iki paket yemək götürərək birlikdə taksiyə mindiyi bildirilib.
Tom Kruz şəxsi həyatı ilə tez-tez medianın gündəminə gəlir. O, indiyə qədər üç dəfə evli olub və bir çox məşhur qadınlarla münasibət yaşayıb.
Ana de Armas isə son olaraq kubalı prezident Miguel Díaz-Canel ilə əlaqəli olması barədə xəbərlərlə gündəmə gəlib. Bundan əvvəl o, Ben Affleck ilə ayrıldıqdan sonra Tinder-in vitse-prezidenti Paul Boukadakis ilə münasibətə başlamış, lakin 2024-cü ilin noyabrında İspaniyada Manuel Anido Cuesta ilə öpüşərkən görüntülənmişdi.
Tom Kruz və Ana de Armasın bu yaxınlığı onların arasında romantik münasibət olması ilə bağlı iddiaları daha da gücləndirib.