Türk iş adamı saxta spirtli içkidən öldü

Türk iş adamı Rza Kalkavan saxta spirtli içkidən dünyasını dəyişdi.

Türk iş adamı saxta spirtli içkidən öldü
Rza Kalkavan
reklam

Türkiyə mediyası xəbər verir ki, mərhum aktrisa Billur Kalkavanın qardaşı, iş adamı Rza Kalkavan saxta spirtli içkinin qurbanı olub.  Kalkavan bir müddətdir saxta spirtli içki qəbul edirmiş. Ölümünə səbəb olan içkiləri onun Ortaköydə yerləşən mağazadan aldığı bildirilir.

59 yaşlı Kalkavan xəstəxanaya aparılsa da, orada onu xilas etmək mümkün olmayıb.

Jurnalist Asena Özkan iş adamının ölüm xəbərini öz sosial media hesabından paylaşaraq qeyd edib:

"Saxta spirtli içki bu dəfə çox yaxın və əziz dostum Rza Kalkavanı aramızdan apardı. Xahiş edirəm, tanıyanlara xəbərdarlıq edin, bu zarafat deyil. Möhürsüz spirtli içki qəbul etməyin. Gözəl insan Rza Kalkavan, getdiyin yerdə rahat yat. Anan və bacın Billur səni heç vaxt unutmayacaq" .

 Rza Kalkavan maddi sıxıntı içində olduğu üçün bir müddət saxta spirtli içki qəbul edirdi. O, Ortaköydəki bir mağazadan 6 min lirəyə 30 litr saxta spirtli içki aılbmış.

reklam
reklam