Türkiyəli fenomen həbs olundu – FOTO

İzmirin Torbalı rayonunda notariusda çalışaraq sosial mediada tanınan fenomen Sibel Keskiner saxta sənəd qalmaqalı ilə gündəmə gəlib. Onun da daxil olduğu bir qrup saxta vəkalətnamə və sənəd alqı-satqısı ilə məşğul olub. Çorum İl Təhlükəsizlik Müdirliyinin keçirdiyi əməliyyat zamanı dəstə ifşa edilib və Keskiner həbs olunub.

Türkiyəli fenomen  həbs olundu – FOTO
Sibel Keskiner
reklam

İzmirin Torbalı rayonunda notarius kimi çalışan və sosial mediada çəkdiyi maarifləndirici videolarla fenomenə çevrilən Sibel Keskinerin bir müddətdir yoxa çıxması diqqət çəkirdi.

Son məlumata görə, Çorum İl Təhlükəsizlik Müdirliyinin KOM Şöbə Müdirliyi tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində saxta sənədlərlə qanunsuz alqı-satqı edən bir dəstə ifşa edilib. Əməliyyat zamanı saxlanılanlar arasında Sibel Keskinerin də olduğu məlum olub.

İddialara görə, Keskiner saxta vəkalətnamələrin hazırlanmasında aktiv rol oynayıb. Hazırda hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırmaları davam etdirir.