"Canımı 100 manatla qurtardım"
Əməkdar artist Sahib İbrahimov fırıldaqçıların tələsinə düşüb. O, həmkarı Arzu Qarabağlının adından yazılan saxta mesajlara inanaraq 100 manat göndərib. Daha sonra isə aldadıldığını anlayıb.

En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Əməkdar artist Sahib İbrahimov dələduzların qurbanı olub. O, qonaq olduğu "İncə səhər" verilişində başına gələn hadisəni danışıb.
İbrahimov bildirib ki, həmkarı Arzu Qarabağlının adından yazılan saxta mesajlar vasitəsilə ondan pul alınıb:
"Telefonuma Arzu Qarabağlıdan mesaj gəldi. Yazmışdı ki, ‘Əzizim, salam. Çox təcili sənə ehtiyacım var. Xəstəxanaya düşmüşəm, halım pisdir, mənə biraz pul göndər’. Cavab verdim ki, kartımda az pul var. O da bildirdi ki, cəmi 100 manat lazımdır. Yaxşı ki, məndən bu qədər istəyib. Canımı 100 manatla qurtardım. Pulu kart vasitəsilə göndərdim. Sonra həyat yoldaşım ehtiyatlı olmağımı tövsiyə etdi. Yenidən yazdım ki, səsli mesaj at, amma cavab verdi ki, reanimasiyadayam, danışa bilmirəm. Şübhələnib dərhal Arzuya zəng vurdum. O isə təəccüblə dedi ki, məndən beş dəqiqə əvvəl həmkarımız Əlikram Bayramov ona qəbz göndərib, 250 manat göndərdiyini deyib. Yəni həm məni, həm də Əlikramı aldadıblar. Hələ yaxşı ki, mən 100 manat itirdim".
İbrahimov insanları bu cür fırıldaqçılara qarşı diqqətli olmağa çağırıb.
admin Şub 13, 2025 0 438
admin Eki 31, 2024 0 169
admin Eki 31, 2024 0 130
AsimanFərzəliyeva Şub 9, 2025 0 51
AsimanFərzəliyeva Mar 22, 2025 0 8
AsimanFərzəliyeva Mar 22, 2025 0 10
AsimanFərzəliyeva Mar 22, 2025 0 8
AsimanFərzəliyeva Mar 22, 2025 0 8
Toplam Oy: 22
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox