Türkiyənin Məşhur Müğənnisi Bakıda Konsert Verəcək

Türkiyənin tanınmış müğənnisi Zeynəb Bastık may ayında Bakıya səfər edəcək. Sənətçi 2 may tarixində Heydər Əliyev Sarayında sevənləri üçün unudulmaz konsert proqramı ilə çıxış edəcək.

Türkiyənin Məşhur Müğənnisi  Bakıda Konsert Verəcək
Zeynep Bastık
reklam

Türkiyənin məşhur müğənnisi Zeynəb Bastık Bakıda konsert proqramı ilə çıxış edəcək. Sənətçinin may ayında paytaxtımıza səfər etməsinin əsas səbəbi sevənləri üçün verəcəyi konsertdir.

Məlumata görə, Bastık 2 may tarixində Heydər Əliyev Sarayında səhnəyə çıxacaq. Konsertdə onun məşhur mahnıları səsləndiriləcək və musiqisevərləri unudulmaz bir gecə gözləyir.

Zeynəb Bastıkın Bakıya səfəri və konserti ilə bağlı əlavə detallar yaxın günlərdə açıqlanacaq.