Türkiyəli məşhur müğənninin keçmiş əri həbsxanada öldü

Türkiyənin tanınmış kriminal avtoritetlərindən biri, 75 yaşlı Həsən Heybətli həbsxanada dünyasını dəyişib. Onun cəza çəkdiyi kamerada ölü tapıldığı bildirilib. Ölüm səbəbi hələlik məlum deyil. Həsən Heybətli məşhur müğənni Muazzez Abacının keçmiş həyat yoldaşı olub.

Türkiyəli məşhur müğənninin keçmiş əri həbsxanada öldü
Həsən Heybətli
reklam

Türkiyədə tanınmış mafiya liderlərindən biri olan Həsən Heybətli həbsxanada ölü tapılıb.

Türkiyə mətbuatının məlumatına görə, 75 yaşlı kriminal avtoritet cəza çəkdiyi kamerada dünyasını dəyişib. Onun ölüm səbəbi hələlik məlum deyil və hadisə ilə bağlı araşdırmalar davam edir.

Qeyd edək ki, Həsən Heybətli məşhur müğənni Muazzez Abacının keçmiş həyat yoldaşı olub.