Yenə bütün diqqəti özünə çəkməyi bacardı

Hollivud ulduzu və məşhur müğənni Cennifer Lopez "Qəzəbli" filminin dünya premyerasında diqqət mərkəzində idi. Parlaq naxışlarla işlənmiş, uzun yarıqlı libası və hind dizayneri Sabyasaçinin zinət əşyaları ilə seçilən Lopez gözəlliyi ilə heyranlıq oyadıb.

Yenə bütün diqqəti özünə çəkməyi bacardı
Jennifer Lopez
reklam

Hollivud ulduzu, aktrisa və müğənni Cennifer Lopez, "Qəzəbli" ("Wicked") filminin dünya premyerasında göz qamaşdırıcı bir libasla səhnəyə çıxdı. Naxışlarla bəzədilmiş, uzun yarıqlı parlaq paltarı ilə premyerada bütün diqqətləri üzərinə çəkməyi bacaran Lopez, obrazını məşhur hind dizayneri Sabyasaçinin xüsusi zinət əşyaları ilə tamamlayaraq həm dəbdəbəli, həm də incə bir stil nümayiş etdirdi.