Baku TV-nin "O vaxtlar" verilişinin yeni buraxılışında bu dəfə "Sovetski" sakini Şükufə Musayeva qonaq olub.
O, uşaqlıqdan zəhmətkeşliyə alışdığını və hələ 4-cü sinifdə oxuyarkən alverlə məşğul olduğunu bildirib:
"Bu mənim qanımda idi. Qab-qacaqdan tutmuş geyim əşyalarına qədər anamın gətirdiyi hər şeyi satırdım. İstədiyimi yeyə, geyinə bilirdim. Çox gözəl günlər idi. Elə bilirdik, heç bir dərdimiz yoxdur."
40 yaşında ailə həyatı qurduğunu deyən Bakı sakini həmin illəri xatırlayaraq bunları söyləyib:
"Yetim biri ilə evləndim, toyum olmadı. Onu işə də düzəltdim. Amma mənə çox yalan danışdığına görə ayrıldım. Hamilə idim. Uşağımın doğulmasına bir ay qalmış onu evdən qovdum."
Şükufə Musayeva o dövrün toylarından da bəhs edərək Yasamalda keçirilən məclislərdə bir çox tanınmış sənətçilərlə rastlaşdığını qeyd edib:
"Toylarda Nazpəri Dostəliyeva, Səbinə İlyasova, Brilliant Dadaşova kimi məşhurları görmüşəm. Bir dəfə toyda hind filmlərindən birinin rəqsini oynamışdım, Brilliant Dadaşova çox bəyənmişdi."