"Üzümün sağ və sol tərəfi fərqlidir"

Müğənni Mənzurə Musayeva keçirdiyi üzgərmə əməliyyatından narazı qaldığını açıqlayıb. O bildirib ki, əməliyyatdan sonra üzünün sağ və sol tərəfi bir-birindən fərqlənir. Sənətçi hələlik məhkəməyə müraciət etmədiyini, lakin həkimlə ortaq məxrəcə gəlməsə, tədbir görəcəyini deyib.

"Üzümün sağ və sol tərəfi fərqlidir"
Mənzurə Musayeva
reklam

Müğənni Mənzurə Musayeva bir müddət əvvəl keçirdiyi plastik əməliyyatdan narazı qaldığını etiraf edib. O, "İncə səhər" verilişində bu barədə danışaraq, üzünün sağ və sol tərəfinin fərqli göründüyünü bildirib.

"Bəli, üzgərmə əməliyyatından sonra narazı qalmışam. Hələlik məhkəməyə müraciət etməmişəm, çünki həkimin dediyi kimi müəyyən bir müddəti gözləyirəm. Amma üzümün bir tərəfi dartılıb, digər tərəfi isə eyni qalıb. Elə bil heç gərilməyib (gülür). Həkimlə razılığa gəlməsək, başqa addımlar atacağam, amma hələ ki, gözləyirəm", - deyə müğənni bildirib.

Mənzurə Musayeva həkimin ona gözləməyi məsləhət gördüyünü vurğulasa da, gələcəkdə məhkəməyə müraciət edə biləcəyini istisna etməyib.