"Vəfa Şərifova nə oxusa, adı bayağıdır"
Əməkdar artist Vasif Məhərrəmli opera müğənniləri ilə bağlı qalmaqallı açıqlama verib. O, "Gün ortası" verilişində Vəfa Şərifovanın ifasına toxunub və müğənninin "Sevil" operasından "Dilbərin ariyası"nı oxumasına münasibət bildirib. Məhərrəmli, "Vəfa Şərifova nə oxusa, adı bayağıdır" deyərək müzakirələrə səbəb olub.
