Həyat yoldaşının xəyanətini ifşa etdi-FOTO
Nevin Torun 24 illik həyat yoldaşı Cenk Toruna boşanma davası açıb. İddialara görə, Cenk Torun "Esaret" serialındakı tərəf müqabili Mahassine Merabetlə gizli münasibət yaşamış.

En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Nevin Torun, 24 illik həyat yoldaşı Cenk Toruna boşanma davası açıb. O, məhkəməyə müraciət edərək həyat yoldaşının "Esaret" serialındakı tərəf müqabili, mərakeşli aktrisa Mahassine Merabet ilə münasibətinin olduğunu iddia edib. Nevin Torun, Cenk Torun və Merabetin çəkilişlərdə tez-tez yaxın münasibətdə olduqlarını və bundan narahat olduğunu söyləyib, amma menecerinin buna diqqət etmədiyini bildirib.
Nevin Torun, həyat yoldaşının çəkilişlərə gətirdiyi çantasında cinsi qüvvət artırıcı dərman tapdığını və bu dərmanın prostat böyüməsini qarşısını almaq üçün istifadə edildiyini dediyini bildirib. Bundan əlavə, Nevin Torun, Cenk Torunun Merabete qiymətli hədiyyələr aldığını və aralarında cinsi əlaqənin ola biləcəyini şübhə etdiyini qeyd edib. Çəkilişdə iştirak edən Züleyha Hamza və rejissor assistenti Arya Çevik də, Cenk Torun ilə Mahassine Merabetin yaxın münasibətləri olduğunu təsdiq ediblər.
Məhkəməyə təqdim edilən ərizədə Nevin Torun, özü və oğlu üçün 300 min lira aliment tələb edib və həmçinin maddi və mənəvi olaraq 40 milyon lira təzminat istəyib.
Cenk Torun isə vəkili vasitəsilə etdiyi açıqlamada, boşanma işindəki zina ittihamlarını əsassız hesab etdiyini və məhkəməyə təqdim edəcəkləri dəlillərlə cavab verəcəklərini bildirib.
admin Şub 13, 2025 0 427
AsimanFərzəliyeva Şub 9, 2025 0 17
AsimanFərzəliyeva Şub 23, 2025 0 14
AsimanFərzəliyeva Şub 1, 2025 0 9
AsimanFərzəliyeva Mar 11, 2025 0 1
AsimanFərzəliyeva Mar 11, 2025 0 1
AsimanFərzəliyeva Mar 11, 2025 0 1
AsimanFərzəliyeva Mar 11, 2025 0 1
Toplam Oy: 22
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox