"Vasif Məhərrəmliyə qara PR düzəltdim, amma niyyətim o deyildi" - VİDEO

Xalq artisti Tünzalə Ağayeva, illər əvvəl Əməkdar artist Vasif Məhərrəmli ilə bağlı yayılan viral video haqqında danışaraq, hadisənin arxasında heç bir pis niyyət olmadığını bildirib. Ağayeva, mikrofonla bağlı bir anın yanlış anlaşılmasına səbəb olduğunu və bunun nəticəsində dostuna qara PR yaratdığını qeyd edib.

reklam

Xalq artisti Tünzalə Ağayeva, illər əvvəl Əməkdar artist Vasif Məhərrəmli ilə əlaqədar yayılan viral video barədə açıqlama verib. Sənətçi, ARB-də yayımlanan "Pərvizə görə" layihəsində həmin hadisə ilə bağlı danışıb.

Tünzalə Ağayeva, həmin vaxt dediyi sözlərə görə peşman olmadığını qeyd edib, çünki niyyətinin pis olmadığını bildirib. O, Vasifin sənət dostlarından biri olduğunu vurğulayıb və ona yalnız yaxşı arzu etdiyini söyləyib: “Vasif bizim sənət dostlarımızdan biridir, Allah ona can sağlığı versin. Heç özüm də bilmədən ona qara PR düzəltdim."

Sənətçi, o anın necə baş verdiyini belə izah edib: "Vasif gözləmədiyim anda əlini uzadaraq mikrofonunu verdi. Mən də dedim, 'Ay qardaşım, oxuyaram da, səbrli ol, gözlə'. Əslində onun öz mikrofonu var idi, amma necə oldusa, mikrofonu mənə verildi və məndən mikrofonu almaq istədi. Mən də cümləni qısaltmağa çalışdım, amma nəticədə başqa cür anlaşılacaq bir şey demiş oldum. Qısacası, demək istəyirdim ki, Vasif, sən bunu hələ oxumayacaqsan."

Ağayeva, Dilarə adlı müğənninin mahnısının təkrar olunmasından sonra həmin anın improvizasiya olduğunu və çox sağ olsun Vasifin xahişini yerinə yetirərək, mahnısını üç dəfə təkrarladığını bildirib. Bu anın sonunda isə həmin sözlər təsadüfən ortaya çıxıb.