"Verilişlərdəki Biabırçılıq" - Nadir Qafarzadə tənqid etdi
Müğənni Nadir Qafarzadə, televiziya verilişlərindəki səviyyəsizlik və biabırçılıqları tənqid edib. Sənətçi, müasir dövrdə yayımlanan verilişləri və onların reytinq məqsədli təkliflərini sərt şəkildə qınayıb.
Müğənni Nadir Qafarzadə, sosial şəbəkədəki videolarından birində, televiziya verilişlərindəki səviyyəsizlik və biabırçılıqlara sərt reaksiyasını bildirib. O, televiziyadakı bəzi proqramları "biabırçılıq" olaraq qiymətləndirib və belə verilişlərin heç bir şəkildə təqdirə layiq olmadığını vurğulayıb:
"İnstaqramdan izlədiyimdə televiziya verilişlərində nələr baş verdiyini görürəm. Bu, çox gülünc görünür. Hər şeyin bu qədər aşağı düşməsi çox utancvericidir. İnsanlar belə verilişlərə dəvət olunduqda belə utanırlar," – deyə Nadir bildirib.
Sənətçi, həmçinin verilişlərə dəvət olunan qonaqları tənqid edərək, aparıcılara səviyyəni qorumağı və yalnız reytinqə deyil, proqramın keyfiyyətinə də diqqət yetirməyi tövsiyə edib. "Bəzi aparıcılar çağırdıqları qonaqlara diqqət etməli, səviyyəni qorumağa çalışmalıdırlar. Reytinq üçün hər şeyin bir yerə yığılması düz deyil. Bizim sahəmizdə təcrübəmiz var, biz niyə gəlməliyik ki? Milyonlarla izləyici toplamaq üçün yalnız TikTok-u seçmək doğru deyil,” - deyə o, fikrini yekunlaşdırıb.