"Vətəndaş A" serialının çəkilişi zamanı vurulan dronla bağlı yeni açıqlama

Vətəndaş A" serialının rejissoru Elvin Rüstəmzadə dronlarının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən yox, başqa hərbi birləşmələr tərəfindən vurulduğunu açıqlayıb.

"Vətəndaş A" serialının çəkilişi zamanı vurulan dronla bağlı yeni açıqlama
"Vətəndaş A" serialı
reklam

O, sosial şəbəkə hesabında məsələ ilə bağlı belə danışıb:
"Əziz dostlar! Dron həqiqətən vurulub. Bu açıqlama həqiqəti əks etdirmir. Dron vurularkan mən daxil heyətdən 5 nəfər ordaydıq. Sevinc xanım isə Bakıda idi. Beş şahid ola-ola həqiqəti danıb belə bir açıqlama vermək hansı məcburiyyətdən idi, bilmirəm. Ordumuz öz işini məsuliyyətlə icra edib. Biz diqqətsizlik etmişik, məlumat verməmişik, onlar isə lazım olanı ediblər. Olan olub, keçən keçib. Sadəcə mən müsahibəmdə DSX demişəm, amma dəqiqləşdirdik ki, dron başqa hərbi birləşmələr tərəfindən vurulub. Tək yanlış budur, vəssalam."

Qeyd edək ki, serialın baş prodüseri Sevinc Əliyeva daha əvvəl dronlarının vurulması ilə bağlı yayılan məlumatları təkzib etmişdi.