Wanda Naran;n sevgilisi İkardi ilə mesajlarını paylaşdı

"Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardi ilə Vanda Naranın yeni sevgilisi L-Qante arasında gərginlik artır. L-Qante İkardi ilə mesajlarını paylaşaraq futbolçunu təhqir edib. İkardi isə Vandanın onu qısqandırmaq üçün sevgilisindən istifadə etdiyini bildirib. Bu qalmaqallı mesajlar sosial mediada geniş müzakirəyə səbəb olub.

Wanda Naran;n sevgilisi İkardi ilə mesajlarını paylaşdı
Mauro İcardi və Wanda Nara
reklam

"Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardi və keçmiş həyat yoldaşı Vanda Nara ətrafında baş verən qalmaqallar bitmək bilmir. Son olaraq, Vandanın yeni sevgilisi L-Qante İkardi ilə olan mesajlaşmasını sosial mediada paylaşıb və onu "tutuquşu" adlandırıb.

L-Qante futbolçuya yazdığı mesajda Vandanın anası olduğu üçün ona hörmət etməsini, aralarındakı problemləri davam etdirməməsini bildirib. İkardi isə cavabında Vandanın onu qısqandırmaq üçün sevgilisindən istifadə etdiyini iddia edib. O, Vandanın daim geri qayıtdığını və keçən həftə birlikdə olduqlarına dair yayılan xəbərləri xatırladıb.

Bu açıqlamalar sosial mediada böyük müzakirələrə səbəb olub. İkardi və Vanda Nara arasında yaşanan gərginlik isə davam edir.