Qalmaqallı model Deniz Akkaya yenidən həbs olunacaqmı?

Keçmiş model Deniz Akkaya haqqında yeni bir həbs qərarı çıxarılıb. Məşhur model, keçmiş həyat yoldaşı ilə yaşadığı mübahisələrdən sonra həbs oluna bilər.

Qalmaqallı model Deniz Akkaya yenidən həbs olunacaqmı?
Deniz Akkaya
reklam

Keçmiş model və televiziya siması Deniz Akkaya haqqında yeni həbs qərarı çıxarılıb. Akkaya, keçmiş həyat yoldaşı Efe Önbilginin açdığı iddiaya görə Ruhi və Sinir Xəstəlikləri Xəstəxanasına göndərilmiş və bütün var-dövlətinin müsadirə edildiyi iddia edilmişdi. Bu ittihamlara etiraz edən Akkaya, sosial şəbəkələrdə həmin məhkəmə prosesinə sədrlik edən hakimi təhqir edib və hədələyib. Bunun ardınca məhkəmə, Akkaya haqqında həbs qətimkan tədbiri tətbiq edib.

Deniz Akkaya, bundan əvvəl 16 yaşlı qızı Ayşəyə qarşı zorakılıqda ittiham olunub və ona 4 ay 27 gün həbs cəzası verilmişdi. Ali Məhkəmə hökmü qüvvədə saxladığı halda, Akkaya həbs edilə bilər.