Xalq artisti 19 yaşlı sevgilisi ilə ailə qurur

Məşhur rusiyalı müğənni Qriqori Leps və 19 yaşlı sevgilisi Avrora Kiba yaxın aylarda ailə qurmağa hazırlaşır. Sənətçi toy tarixini öz ad günündə – 16 iyun tarixində keçirməyi planlaşdırdığını açıqlayıb.

Xalq artisti  19 yaşlı sevgilisi ilə ailə qurur
Qriqori Leps və Avrora Kiba
reklam

Rusiyanın məşhur xalq artisti, müğənni Qriqori Leps və onun 19 yaşlı sevgilisi Avrora Kiba münasibətlərini rəsmiləşdirməyə qərar veriblər. Cütlük cəmi bir neçə ay sonra nikah masasına oturacaq.

Müğənni toy tarixini öz ad günündə keçirmək istədiyini bildirib. Rus mediasına əsasən, Lepsin ad günü iyunun 16-na təsadüf etdiyi üçün onların məhz həmin gün ailə quracağı gözlənilir.

"Yaxşı toy olacaq. İstənilən yerdə keçirilə bilər. Biz bunu müqəddəs bir məkanda, məsələn, kilsədə etməyi planlaşdırırıq. Niyə də olmasın?" – deyə, Qriqori Leps fikrini bölüşüb.

Qeyd edək ki, Avrora Kiba bir müddət əvvəl ana olmağa hazırlaşdığını açıqlayaraq gündəmə gəlmişdi.