"Xalq Artisti beyin infarktı keçirib"

Xalq artisti Fatma Mahmudova beyin infarktı keçirib. Aktrisa, xəstəliklə bağlı ilk dəfə açıq danışaraq, yaşadığı çətinliklər və sağalmaq prosesi haqqında məlumat verib.

"Xalq Artisti beyin infarktı keçirib"
Fatma Mahmudova
reklam

Xalq artisti Fatma Mahmudova, son zamanlar yaşadığı ciddi sağlamlıq problemi ilə bağlı məlumat verib. Aktrisa, "Qonaqcanlı" verilişində beyin infarktı keçirdiyini açıqlayıb. O, bu ağır xəstəliyi gizli saxlayıb və heç kimə xəbər verməyib.

Aktrisanın qızı Nigar, anasının vəziyyətini belə təsvir edib: "Telefonda danışarkən, elə bildik gülür, amma sonra rəngi dəyişdi və halı pisləşdi." Digər qızı İntizar isə, "Çox qorxduq, sarsıldıq. Allah heç bir övlada belə bir şey yaşatmasın. Sağalması 6-7 ay çəkdi," deyərək vəziyyətin nə qədər çətin olduğunu vurğulayıb.

Fatma Mahmudova, xəstəliyi zamanı səhnəyə və efirə çıxmağa davam etdiyini və heç kəsə vəziyyətini bildirmədiyini əlavə edib: "Həmin vəziyyətdə səhnəyə də, efirə də çıxdım. Heç kimə bildirmədim." Aktrisa, sağalma prosesinin çətin olduğunu, amma artıq özünü yaxşı hiss etdiyini bildirib.