Xalq Artisti məhkəməyə gəldi-FOTOLAR

Xalq artisti Ağadadaş Ağayev Binəqədi Rayon Məhkəməsində cinayət işi ilə əlaqədar təqsirləndirilən şəxs qismində iştirak edib. Məhkəmə prosesində onun "Medera Hospital"da mühafizəçi və təmizlikçiyə qarşı törətdiyi hücumla bağlı xuliqanlıq ittihamı müzakirə olunur.

Xalq Artisti məhkəməyə gəldi-FOTOLAR
Ağadadaş Ağayev
reklam

Xalq artisti Ağadadaş Ağayev məhkəmə qarşısına çıxıb. Cinayət işi ilə bağlı təqsirləndirilən şəxs olaraq Binəqədi Rayon Məhkəməsinə gələn Ağayevin "Medera Hospital"da mühafizəçi Nurəddin Cəlilov və təmizlikçi Nəzakət Paşayevaya qarşı zorakı hərəkətlər etdiyi bildirilir. İddialara görə, xalq artisti silah əvəzi istifadə olunan əşya – balta ilə hücum edib. Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə xuliqanlıq ittihamı ilə təqsirli bilinən Ağayevin məhkəmə prosesində təqsirsizlik iddiasını necə müdafiə edəcəyi maraqla gözlənilir.