Yeni fotoları sosial mediada böyük maraq doğurdu-FOTO

Futbol ulduzu Kriştiano Ronaldonun nişanlısı Corcina Rodrigez yeni fotosessiyası ilə yenidən diqqət mərkəzinə düşüb. Tanınmış model və sosial media fenomeni idman geyim brendinin reklam çəkilişlərində balerina obrazında çıxış edib. Onun paylaşımı qısa müddətdə izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb.

Yeni fotoları sosial mediada böyük maraq doğurdu-FOTO
Georgina Rodrigez
reklam

Məşhur futbolçu Kriştiano Ronaldonun nişanlısı Corcina Rodrigez paylaşdığı yeni fotolarla yenidən gündəmə gəlib. O, ABŞ-ın tanınmış idman geyimləri brendi "Alo"nun məhsullarını reklam etmək üçün xüsusi fotosessiyada iştirak edib.

Sosial media hesabında bir neçə şəkil paylaşan Corcina fotolara "Rəqs dərsi" şərhini əlavə edib. Bal rəqsləri ilə məşğul olduğu keçmişini nəzərə alaraq, izləyicilər onun bu obrazını çox bəyəniblər.

Rodrigezin paylaşımları qısa müddət ərzində minlərlə bəyənmə və şərh toplayıb. Pərəstişkarları onun eleqant görünüşünü və incəliyini yüksək qiymətləndiriblər.

reklam
reklam