Xalq Artisti Sağalmaz Xəstəlikdən Əziyyət Çəkir
Rusiyanın Xalq artisti Aleksandr Buynov, 4-cü dərəcəli prostat xərçəngi diaqnozu ilə mübarizə aparır. 74 yaşlı sənətçiyə palliativ yardım göstərilməkdədir
Rusiyanın Xalq artisti, 74 yaşlı Aleksandr Buynov, 4-cü dərəcəli prostat xərçəngi ilə mübarizə aparır. Xəstəliyi ilə bağlı ona palliativ yardım göstərilir.
Məlumata görə, Buynovda prostat xərçəngi 20 il əvvəl də aşkar edilib. Hazırda, onun vəziyyəti ciddi şəkildə pisləşib və bu səbəbdən ona yalnız ağrıları yüngülləşdirmək məqsədilə tibbi dəstək verilir.
Eyni zamanda, daha əvvəl “Tayqa romantikası” və “Ekipaj” filmlərinin rejissoru, 91 yaşlı Aleksandr Mittanın böyrəklərində bədxassəli şiş aşkarlanmışdı.
Palliativ yardım, xəstənin vəziyyətini yüngülləşdirmək və ağrıları azaltmaq məqsədini güdür, amma sağalma ehtimalı olmayan xəstələrə təklif olunan bir müalicədir.