Şer Əsl Adını Açıqladı – Anası Belə Bilmirmiş!

Müğənni Doğum Sənədindəki Səhvin Ardınca Adını Rəsmən Dəyişib Əfsanəvi amerikalı müğənni Şer ilk dəfə əsl adını ictimaiyyətə açıqlayıb. O bildirib ki, doğum evində sənədlərində adını tibb bacıları səhv yazıblar və bu, illər boyu onun həyatına təsir edib.

Şer Əsl Adını Açıqladı – Anası Belə Bilmirmiş!
Şer
reklam

Müğənni qeyd edib ki, sənəddə adı "Şerilin" kimi qeyd olunsa da, anası onu "Şeril" deyə çağırıb və sənəddəki səhvdən xəbərsiz olub. Şer bu vəziyyəti illər sonra anlayıb və 1979-cu ildə adını rəsmi olaraq sadəcə "Şer" olaraq dəyişdirib. Maraqlısı odur ki, anası belə qızının əsl adının necə olduğunu sonradan öyrənib.

Bu açıqlama pərəstişkarları arasında böyük marağa səbəb olub və Şerin özünəməxsus şəxsiyyətinin bir daha diqqət çəkən məqamı kimi qiymətləndirilib.