Xalq artisti təltif olundu-FOTO
Azərbaycan Teatr Xadimləri İttifaqı Xalq artisti, tanınmış xanəndə Mənsum İbrahimovu xüsusi mükafatla təltif edib.

Bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb:
"Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən Milli Teatr Günü münasibətilə 'Teatr Xadimi' qızıl medalı ilə təltif olundum. Təşəkkürlər", - deyə o bildirib.