Ebruya 69 milyon göndərib
Müğənni Ebru Gündeş, Ankarada keçirəcəyi konsert üçün 69 milyon lirə ödəniş alıb. Bələdiyyə sədrinin Gündeşə göndərdiyi məbləğin çeki üzə çıxıb. Gündəş, 16 milyon lirə qonorar tələb etmişdi, qalan məbləğ isə texniki heyət və digər xərclər üçün ayrılıb.
Müğənni Ebru Gündeş Ankarada keçirəcəyi konsert üçün 69 milyon lirə məbləğində ödəniş alıb.
OLAY xəbər verir ki, bələdiyyə sədri tərəfindən göndərilən məbləğin çeki ortaya çıxıb.
Məlumatda bildirilir ki, Ebru Gündeş konsert üçün 16 milyon lirə qonorar tələb etmişdi. Qalan 53 milyon lirə isə konsertin təşkilində istifadə ediləcək texniki heyət və digər xərclər üçün ayrılıb. Bu məbləğin göndərilməsi isə böyük müzakirələrə səbəb olub.