Xalq artisti xərçəng xəstəliyi ilə mübarizə aparır-FOTO

Məşhur rusiyalı aktyor və xalq artisti Oleq Menşikova xərçəng diaqnozu qoyulub. Hazırda o, xüsusi terapiya alır. Sənətçinin son zamanlar arıqlaması və keçəl görünməsi ictimaiyyətin diqqətindən qaçmayıb.

Xalq artisti xərçəng xəstəliyi ilə mübarizə aparır-FOTO
Oleq Menşikov
reklam

Rusiyanın xalq artisti, tanınmış aktyor Oleq Menşikova xərçəng diaqnozu qoyulub. Hazırda o, müalicə alır.

Son günlər Menşikovun görünüşündəki dəyişikliklər – onun xeyli arıqlaması və saçsız görünməsi pərəstişkarları və müşahidəçilərin diqqətini çəkib. Bu səbəbdən sənətçinin səhhəti ilə bağlı müxtəlif ehtimallar irəli sürülüb.

Bildirilir ki, aktyor ictimai yerlərə papaq və bol paltar geyinərək çıxır. Bu da onun xəstəliyini gizlətmək istədiyi barədə şayiələrə səbəb olub.

Qeyd edək ki, Oleq Menşikov Rusiyanın teatr və kino sənayesində böyük nüfuza malik aktyorlardan biridir. O, bir çox məşhur filmlərdə və tamaşalarda rol alıb.