Xalq artisti Əli Nur və Cavidan Novruz barışdı
Xalq artisti Əli Nur, mərhum Xalq artisti Ramiz Novruzun oğlu Cavidan Novruzla bağlı qalmaqallı açıqlama verdikdən sonra onunla barışıb. Cavidan Novruz yayımladığı videoda teatrda təsadüfən Əli Nurla qarşılaşdıqlarını və sülhə gəldiklərini bildirib.

Əli Nur isə Ramiz Novruzun sənətinə hörmət əlaməti olaraq onun dəfn mərasimində çıxış etdiyini vurğulayıb. Barışıq, Cavidan Novruzun aktyora qarşı səsləndirdiyi tənqidi fikirlərin ardından gəlib.