Xalq Artisti Ənvər Həsənovun son Vəziyyəti
Xalq artisti Ənvər Həsənovun vəziyyəti ilə bağlı son məlumatlar açıqlanıb. O, kəskin insult keçirərək reanimasiyaya yerləşdirilib.
Xalq artistinin qızı Aytən Həsənova, atasının özünü idarə edə bilmədiyini, dilinin tutulduğunu və tanıma qabiliyyətinin itdiyini bildirib. TƏBİB-in verdiyi məlumata görə, ona kəskin işemik insult diaqnozu qoyulub. Xəzər Tibb Mərkəzinin direktoru, xəstənin hazırda reanimasiyada olduğunu, lakin başqa bir xəstəxanaya köçürüləcəyini vurğulayıb.