Xatirə İslam: "Elə bilirəm ki, 65 yaşım var"
Müğənni Xatirə İslam, qonaq olduğu verilişdə maraqlı açıqlamalar verib. Sənətçi yaşla bağlı fikirlərini paylaşaraq, 40 yaşdan sonra insanın daha müdrikləşdiyini və daxilən gəncləşməkdən çox, dərin düşüncələrə getdiyini bildirib.
Müğənni Xatirə İslam, qonaq olduğu "Həmin Zaur" verilişində şəxsi həyatına dair maraqlı bir açıqlama verib. Sənətçi bildirib ki, xarici görünüşünə baxmayaraq, daxilən gəncləşdiyini hiss etmir. "40 yaşdan sonra insan müdrikləşməyə başlayır. Artıq tam başqa cür düşünürsən. Dərin düşüncələrə dalırsan", – deyə Xatirə İslam vurğulayıb. Həmçinin, sənətçi bildirib ki, hazırda özünü 65 yaşında hiss edir.