Müğənni Xatirə İslam sosial şəbəkə hesabında tanınmış həmkarı Nicat Məhərrəmlinin onun adından istifadə edərək insanlardan beh aldığını açıqlayıb. Xatirə bildirib ki, uzun müddət bu məsələni açıqlamaq istəsə də, sonunda bunu etməyə qərar verib və beləliklə həm öz dostlarına, həm də onu tanıyanlara gerçəkləri bildirmək istəyib.
"Əslində bu açıqlamanı çoxdan etməli idim, amma bu günə təsadüf etdi. Bu qədər ziyan çəkdim. Hər kəs bilməlidir ki, Nicat mənim adımdan dəfələrlə insanlardan beh alıb. Mənə sənət yoldaşlarım, dostlarım, aparıcılar da zəng edib və Nicatın borc istəməsi ilə bağlı məlumat veriblər. Mən adı çəkilməyəcək şəxslərdən belə zənglər aldım", – Xatirə İslam yazıb.
O, Nicatın ailəsi ilə yaxın olduğunu, hətta anasının ölümündən sonra Nicatın pis vərdişlərinə tövbə etdiyini söyləyib və onun üçün bir neçə mahnı da alıb. Xatirə bildirib ki, bütün xərcini öz boynuna götürərək, Nicatın müğənni olaraq daha çox tanınması üçün çalışıb, amma indi hələ də bu işləri etməyə davam etdiyini görür.
Nicat Məhərrəmli isə Xatirənin yazdığı postun altına şərh yazaraq, etdiyi səhv üçün üzr istəyib: "Nə desən düz deyirsən. Sən mənə bacı olmusan, həmişə dəstək vermisən. Bu bir səhv idi və üzr istəyirəm, bağışla".