"Xərçəng Olandan Bacılarımı Həyatımdan Sildim"

Əməkdar artist Sevda Əliqızı onkoloji xəstəliyə tutulduqdan sonra yaxın qohumlarının ona münasibətinin dəyişdiyini bildirib. Müğənni bacılarından imtina etdiyini və yalnız anasının ona dayaq olduğunu vurğulayıb.

"Xərçəng Olandan Bacılarımı Həyatımdan Sildim"
Sevda Əliqızı
reklam

Müğənni, əməkdar artist Sevda Əliqızı onkoloji xəstəliyə tutulduqdan sonra ailə üzvlərinin ona qarşı münasibətinin dəyişdiyini bildirib. Sənətçi "Etiraf" verilişində bu haqda açıq danışıb və bacılarından imtina etdiyini açıqlayıb.

"Elə bilirdim ki, ailə üzvlərim məni həqiqətən də sevir, istəyir, qədrimi bilirlər. Amma görünür ki, bu belə deyil. Bunu onkoloji xəstəliyə düçar olandan sonra anladım. Şükürlər olsun ki, müalicələrimi alıram və hər şey normaldır. Çox yaxın qohumlarımla incikliyim yarandı. Demək olar ki, onları həyatımdan sildim. Mənim qardaşım yoxdur, iki bacım var. Bəli, etiraf edirəm ki, iki bacımı həyatımdan çıxardım, onlardan imtina etdim. Bunu çəkinmədən deyirəm, qoy bu sözlərimi onlar eşitsinlər və bilsinlər", – deyə müğənni bildirib.

Sevda Əliqızı ona dəstək olan yeganə insanın anası olduğunu vurğulayıb: "Artıq həyatda göydə Allahım, yerdə isə anam var. Anam mənim həyatım, canımdır. Ona ömrümün sonuna kimi baş əyib, əllərindən və ayaqlarından öpərəm. Özümü hər zaman ailəmə fəda etmişəm. Demişəm ki, mənim üçün birinci ailədir. Amma əfsuslar olsun ki, ailəm bunu nədənsə başa düşmədi. Elə bildilər ki, bu xəstəliyə tutulduqdan sonra mən çökdüm, zəiflədim, ayaq altında qaldım. Heç zaman! Sevda ayaq altında qalan deyil. Mən günü-gündən yüksələcəyəm, elə sizin acığınıza".

Müğənninin bu açıqlamaları sosial mediada geniş müzakirələrə səbəb olub.