Aparılan astroloji tədqiqatlar və tibbi statistika nəticələri göstərir ki, Xərçəng və Əqrəb bürcü altında doğulan insanlar digər bürclərlə müqayisədə onkoloji xəstəliklərə daha çox meyllidirlər.
Astroloqlar bu vəziyyəti həmin bürclərin yüksək emosional həssaslığı ilə əlaqələndirirlər. Xərçəng və Əqrəb bürclərinin nümayəndələri duyğularını içlərində saxlamağa və stresi yığmağa meyllidirlər ki, bu da sağlamlığa mənfi təsir göstərə bilər.
Xərçəng bürcü həssas və qayğıkeş xarakteri ilə seçilir. Onlar adətən problemləri özlərində saxlamağa meyllidirlər ki, bu da xroniki stressə və immun sistemin zəifləməsinə səbəb ola bilər.
Əqrəb bürcü isə güclü emosional xarakterə malikdir. Onlar neqativ duyğularını basdırmağa çalışır və stresli vəziyyətlərdə hisslərini gizlədirlər. Bu hal uzun müddət davam etdikdə psixi və fiziki sağlamlığa təsir edə bilər.
Bununla belə, həkimlər bildirirlər ki, bürclərlə xəstəliklərə meyllilik arasında elmi sübut yoxdur. Ancaq stress və emosional gərginliyin sağlamlığa təsir etdiyi məlum faktdır.
Mütəxəssislər bütün bürclərin nümayəndələrinə emosional sağlamlıqlarına diqqət yetirməyi, stresdən uzaq durmağı, düzgün qidalanmağı və mütəmadi tibbi müayinələrdən keçməyi tövsiyə edirlər.