"Fiziki şiddət görmüşəm"

İctimai TV-nin aparıcısı Nərmin Knyaz şəxsi həyatı ilə bağlı etiraf edib. O, sosial media hesabında evliliyinin cəmi 5 ay sürdüyünü və boşandığını bildirib. Aparıcı münasibətində emosional və fiziki şiddətə məruz qaldığını da vurğulayıb.

"Fiziki şiddət görmüşəm"
Nərmin Knyaz
reklam

İctimai TV-nin aparıcısı Nərmin Knyaz şəxsi həyatı ilə bağlı açıqlama verib. O, sosial media hesabında paylaşım edərək, evli olub və ayrıldığını bildirib.

"5 ay evli olmuşam və boşanmışam. Cəmiyyətin qınağından bəzən bunu deyəndə hiss etdirməsəm də içimdə utanıram. Bunun üzərində hələ də işləyirəm. Evli olduğum münasibətdə emosional və fiziki şiddət görmüşəm", – deyə o qeyd edib.

Aparıcının paylaşımı izləyicilər arasında böyük marağa səbəb olub.