"Yalı Çapkını"nın ulduzu əsəbiləşdi

Star TV-nin populyar serialı "Yalı Çapkını"nın Seyran obrazını canlandıran aktrisa Afra Saraçoğlu çəkiliş zamanı detallara diqqət edilməməsindən narazı qalıb. Aktrisa, operatorun çəkilişdə onun göstərişinə uyğun hərəkət etməməsinə görə əsəbiləşib və şikayət edib. Serialın bu mövsüm final edəcəyi gözlənilir.

"Yalı Çapkını"nın ulduzu əsəbiləşdi
Afra Saraçoğlu
reklam

"Yalı Çapkını" serialında Seyran obrazını canlandıran aktrisa Afra Saraçoğlu çəkiliş zamanı narazılıq edib. Aktrisa, yeni bölümün anons çəkilişlərində, “Məni bu bucaqdan çəkməyin, buxağım çıxır” dediyi halda bu detala diqqət yetirilmədiyini bildirib. Operatorun çəkilişi istədiyi şəkildə etməməsindən narazı qalan Saraçoğlu şikayətini ifadə edib.

Qeyd edək ki, "Yalı Çapkını" serialı üçün əvvəlki mövsümdə verilən final qərarı təxirə salınsa da, bu mövsüm istənilən reytinqi əldə edə bilmədiyi üçün finala hazırlaşır.