Yanğınlar səbəbindən "Oskar" mükafatları təxirə salındı

Koliforniya ştatında baş vermiş meşə yanğınları səbəbindən "Oskar" mükafatı namizədlərinin açıqlanması təxirə salınıb. Yeni tarix yanvarın 19-u müəyyən edilib, həmçinin səsvermə müddəti də uzadılıb.

Yanğınlar səbəbindən "Oskar" mükafatları təxirə salındı
Oscar mukafatlari
reklam

Koliforniya ştatında baş vermiş geniş miqyaslı meşə yanğınları səbəbindən bu ilki "Oskar" mükafatlarının namizədlərinin açıqlanması təxirə salınıb. Təşkilatçılar bildiriblər ki, namizədlərin adları əvvəllər elan ediləcəyi tarix olan yanvarın 17-si yerinə, artıq yanvarın 19-da açıqlanacaq.

Bundan əlavə, mükafatlar üçün səsvermə müddəti də uzadılıb və artıq yanvarın 8-dən 14-dək olan iki həftəlik dövr ərzində seçki prosesinə davam ediləcək.

Bu ilki "Oskar" mərasiminin aparıcısı komediyaçı Konan O'Brayen olacaq. Yanğınlar nəticəsində ABŞ Prezidenti Co Bayden Kaliforniyada fövqəladə vəziyyət elan edib. Üstəlik, tanınmış Hollivud ulduzları Entoni Hopkins, Peris Hilton, Ceyms Hovard Vuds və Spenser Uilyam Prattın da evləri yanğınlardan zərər görüb.