Yeni Filmindən Aldığı Maaşı Uşaqlara Yardım Üçün Bağışladı
Türkiyəli məşhur aktyor Çağlar Ertoğrul, "Prens" serialının 3-cü sezonundan əldə edəcəyi maaşı, imkansız uşaqların təhsili və yaşayış şəraitinin yaxşılaşdırılması üçün "Koruncak Çocuklar" vəqfinə bağışlayacağını açıqlayıb.
Türkiyəli aktyor Çağlar Ertoğrul, "Prens" serialının 3-cü sezonundan əldə edəcəyi maaşı "Koruncak Çocuklar" vəqfinə bağışlayacağını açıqlayıb. Uğurlu aktyor, vəqfin 45-ci yubiley konsertində təhsilə və vəqfin fəaliyyətlərinə verdiyi töhfələrə görə təşəkkür lövhəsi ilə təltif edilib.
Ertoğrul, sosial-iqtisadi cəhətdən imkansız uşaqlara, xüsusilə qızlara təhsil və mənzil təmin etmək üçün yardım etməyin böyük bir xoşbəxtlik olduğunu qeyd edib. Aktivist çıxışında, "İcazə verin, sizə bir müjdə verim. 'Şahzadə' serialının 3-cü sezonundan əldə edəcəyim maaşı, uşaqların gələcəyini təmin edən Koruncak vəqfinə bağışlayıram", - deyə bildirib.