"Raqif obrazı məni tənqid hədəfinə çevirdi"-FOTO
Son zamanlar haqqında çox danışılan "Səriyyə" filmində Raqif rolunu canlandıran aktyor Niyaz İlyasoğlu sosial şəbəkələrdə kəskin reaksiyalara məruz qaldığını bildirib. Aktyor izləyicilərin obrazı deyil, şəxsən onu təhqir etməsindən narahat olduğunu vurğulayıb. Raqif, 14 yaşlı qızla evlənmək istəyən varlı bir adamdır. Aktyor bu rolun erkən nikaha qarşı maarifləndirici bir mesaj daşıdığına diqqət çəkərək, bu cür mövzuların filmlərdə işıqlandırılmasının vacib olduğunu qeyd edib. O, həmçinin filmdə Səriyyə obrazını istedadlı məktəbli Nazı Heydərovanın canlandırdığını və çəkilişlər zamanı anasının daim yanında olduğunu bildirib.
Son zamanlar müzakirələrə səbəb olan "Səriyyə" filmində Raqif obrazını canlandıran aktyor Niyaz İlyasoğlu sosial şəbəkələrdə təhqirlərə məruz qaldığını deyib. Aktyor bildirib ki, izləyicilər obrazı deyil, məhz onu hədəfə alır:
"Səriyyə" filmi ekrana çıxandan sosial şəbəkələrdə məni söyürlər. Ən çox xətrimə dəyən budur ki, obrazı yox, məni təhqir edirlər. Sənətdən başı çıxan insan bunu etməz. Amma anlamayanlar bu cür reaksiya verir. Mənim bəxtimə belə rollar düşür."
Filmdə Raqif erkən nikaha razı olan və 14 yaşlı qızla evlənmək istəyən varlı bir adamdır. Aktyor bu rolu qəbul etmək istəməsə də, onun maarifləndirici dəyərini nəzərə alaraq çəkildiyini bildirib: "Görünür, rolu elə oynamışam ki, insanlarda qıcıq yaradıb. Bu da mövzunun aktuallığını və belə filmlərin vacib olduğunu göstərir."
O, həmçinin filmdə Səriyyə obrazını məktəbli Nazı Heydərovanın canlandırdığını və onun istedadlı bir uşaq olduğunu qeyd edib: "Çəkilişlər zamanı anası həmişə yanında olurdu. O, aktrisa olmağı arzulayır və çox istedadlıdır."