Zümrüd Qasımova ana olmaqdan niyə imtina edib? – Şok açıqlama-VİDEO
Tanınmış aparıcı və aktrisa Zümrüd Qasımova şəxsi həyatı ilə bağlı şok açıqlaması ilə gündəmə gəlib. Aktrisa uzun illərdir övlad sahibi olmamasının səbəbini ilk dəfə açıqlayıb. O bildirib ki, ana olmaq onun sağlamlığı üçün ciddi təhlükə yaradacaq: "Ana olmaqdan özüm imtina etmişəm, çünki bu, mənim həyatıma ciddi risk yaradırdı. Həyatım daha vacib idi." Aktrisanın sözlərinə görə, bu qərarı vermək onun üçün asan olmayıb, lakin öz həyatını qorumaq üçün bu addımı atmalı olub.
Aparıcı-aktrisa Zümrüd Qasımova qatıldığı televiziya proqramında şəxsi həyatı ilə bağlı sensasiyalı açıqlama verib. Aktrisa övlad sahibi olmamağın onun sağlamlıq və həyatı üçün çox ciddi risklər doğuracağını deyərək, bu qərarı özünün verdiyini bildirib. "Ana olmaq hər qadının arzusu olsa da, mənim üçün bu addım həyati təhlükə yaradırdı. Həkimlərin tövsiyəsi və mənim şəxsi qərarımla bu yoldan çəkindim," – deyə o qeyd edib. Zümrüd Qasımovanın açıqlamaları efir izləyicilərini şoka salıb və müzakirələrə səbəb olub. Daha ətraflı məlumat üçün videonu izləyin