Əməkdar artist mərhum atası ilə bağlı acı sözlər dedi

Əməkdar artist Səlim Abbasov, mərhum atası musiqiçi Vaqif Abbasovun ildönümündə onunla bağlı acı xatirələrini paylaşdı və ruhuna dualar etdi.

Əməkdar artist  mərhum atası ilə bağlı acı sözlər dedi
Səlim Abbasov və atası
reklam

Əməkdar artist Səlim Abbasov mərhum atası Vaqif Abbasovun ildönümündə onunla bağlı duygusal paylaşımlar edib. Sosial şəbəkədə valideyni ilə olan görüntülərini paylaşan Abbasov, "Atacan, səninlə bağlı bu acı xəbəri almağımızdan 4 il keçir. Hələ də yerin görünür. Kaş ki, bircə dəfə geri qayıtsaydın. Videodakı kimi səni qucaqlayıb öpərdim. Haqqın üzərimdə çoxdur. Hələ də qulağım sənin qarmonunun səsini axtarır. Deyəcəyim sözlər və səninlə bağlı paylaşacağım nə qədər gözəl xəbərlər arzu olaraq qaldı. Allah ruhunu şad etsin. Yerin cənnətlik olsun," – deyə yazıb.

Qeyd edək ki, Vaqif Abbasov və həyat yoldaşı koronavirus infeksiyasına yoluxmuş və xəstəxanada vəfat etmişdilər.