5 dəqiqəyə 20 min manat necə xərclənir?

TikTok-da bəzən əyləncə adı altında çirkli pulların yuyulması həyata keçirilir. Son dövrlərdə sosial şəbəkə fenomenləri üzərindən maliyyə manipulyasiyaları və çirkli pulların gizlədilməsi faktları daha çox diqqət çəkməyə başlayıb.

5 dəqiqəyə 20 min manat necə xərclənir?
tiktokerlər
reklam

Son zamanlarda sosial şəbəkələrdə özünü əyləncə dünyasında göstərən bəzi fenomenlər çirkli pulların yuyulmasına qarışmağa başlayıb. TikTok, bu fenomenlər üçün yalnız məşhurluq gətirməkdən başqa, maliyyə dövriyyəsinə cəlb olunan bir platforma halına gəlib. Çirkli pulların yuyulması məsələsi də bu platformada gizli şəkildə həyata keçirilir.

Təcrübələr göstərir ki, bu şəxslər çirkli pulların dövriyyəsində iştirak etmək üçün müxtəlif yollarla bank kartları əldə edirlər. Onlara müəyyən məbləğ göndərilir, sonra isə bu məbləğin bir hissəsi geri qaytarılır və beləliklə pullar nağdlaşdırılır. Bu cür əməliyyatların əsas məqsədi çirkli pulları gizlətmək və təmizləməkdir.

Lakin bu qədər böyük məbləğlərin haradan gəldiyi və niyə TikTok fenomenlərinə göndərildiyi sual doğurur. Məsələn, bir çox TikTok fenomeni cəmiyyətə faydalı işlər görmədiyi halda, onlara baha qiymətli hədiyyələr göndərilir. Bəzi şəxslər üçün 5 dəqiqə ərzində 20 min manat məbləğində pul xərcləmək adi hala çevrilib. Bu, sosial şəbəkələrdəki maliyyə manipulasiya halları ilə bağlı suallar doğurur.

Bir müddət əvvəl Türkiyədə sosial şəbəkə fenomenlərinə qarşı keçirilən əməliyyatlar çirkli pulların yuyulması ilə bağlı əhəmiyyətli faktları ortaya çıxarmışdı. Azərbaycanda da belə əməliyyatların aparılacağı ehtimal edilir.

Hər halda, sosial şəbəkələrin arxasında nə qədər gizli maliyyə dövriyyəsi olduğu hələ də tam olaraq aydın deyil.

reklam
reklam