Əməkdar artist Yadigar Muradov əməliyyat olundu

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov növbəti dəfə əməliyyat olunub. Sənətçi əməliyyatdan çıxdığını və həkimlərin ikinci prosedurun da vacib olduğunu bildirdiklərini açıqlayıb.

Əməkdar artist Yadigar Muradov əməliyyat olundu
Yadigar Muradov
reklam

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov bu gün növbəti dəfə əməliyyat olunub.

Sənətçi əməliyyatdan sonra verdiyi açıqlamada vəziyyətinin stabil olduğunu, lakin həkimlərin ikinci bir prosedurun da vacibliyini vurğuladığını bildirib:

"Özümə indi gəlmişəm. Həkimlər növbəti əməliyyatın da lazım olduğunu dedilər."

Qeyd edək ki, Əməkdar artist Yadigar Muradov uzun müddətdir xərçəng xəstəliyi ilə mübarizə aparır. Bu, onun ikinci əməliyyatıdır.